Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyəyə gələn turist sayı 45,2 milyon nəfər olub

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr aylarında Türkiyəyə gələn turist sayının 45,2 milyon nəfər olduğunu açıqlayıb.

Nazir Ersoy Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında nazirliyinin 2024-cü il büdcəsinin təqdimatında Türkiyənin bütün dünya tərəfindən qəbul edilən bir turizm ölkəsi olduğunu, turizmdə uğurun ilk addımının da təşviqat yolu ilə mümkün olduğunu deyib.

Keçən il Türkiyəni 51,4 milyon insanın ziyarət etdiyini xatırladan Ersoy deyib:

“2023-cü ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin sayı 45,2 milyon nəfər olub. Turist sayında olduğu kimi, turizm gəlirləri də artmaqdadır. Adambaşına düşən gecəlik gəlir 2022-ci ildə 89 dollara, 2023-cü ilin ilk 9 ayında 100 dollara yüksəlib.

Bu, 2017-ci illə müqayisədə 55 faiz artım deməkdir. Turizm gəlirimiz ilk 9 ayda 42 milyard dollar oldu və bu, Orta Müddətli Plan hədəfi olan 55,6 milyard dollar ilə də uyğundur” .

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …