Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Türkiyəyə zəlzələ nəticəsində dəymiş ziyan 105 milyard dolları ötüb

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində bu ölkəyə dəymiş ziyan 105 milyard ABŞ dollarını ötüb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb.

Məlumata görə, Kahramanmaraş və Hatayda qeydə alınan zəlzələ nəticəsində ümumi zərər 1999-cu ildə Mərmərə dənizi bölgəsində baş vermiş zəlzələnin zərəri ilə müqayisədə 6 dəfə çoxdur. “Əsrin təbii fəlakəti”nin vurduğu ziyan təxminən 2 trilyon türk lirəsi, birbaşa maddi ziyan isə 1,6 trilyon lirə təşkil edib. Ümumi ziyan 2023-cü ildə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 9 %-nə bərabərdir.

Check Also

Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? 

ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb – dollar …