Bazar , 27 Aprel 2025
Drone Cameras

Türkmənistanda parlamentin yuxarı palatasına ilk seçkilər keçiriləcək

Bu gün Türkmənistan parlamentinin yuxarı palatasına (Xalk Maslahatı Milli Qenqeş-red) ilk seçkilər keçiriləcək.

Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Hələ cümə günü ölkənin Mərkəzi Seçki Komissiyası təşviqat kampaniyasının dayandırıldığını və səsvermənin keçirilməsinə hazırlığını elan edib.

Türkmənistan parlamentinin Xalq Məsləhəti (Şurası-red) 56 üzvdən ibarətdir. Onlardan 48-i beş vilayətdən və Aşqabad şəhərindən gizli səsvermə yolu ilə seçilir, 8 üzv prezident tərəfindən təyin olunur.

Parlamentin 48 mandatı uğrunda mübarizə üçün 112 namizəd qeydiyyata alınıb, onlardan 29-u qadındır.

Check Also

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Pakistan və Hindistan sərhədində gərginlik yüksək səviyyədə qalır, tərəflər atıcı silahlardan atəş açmağa davam edirlər. …