Çərşənbə , 22 May 2024
Drone Cameras

“Türkmənkimya” ammonyak istehsalını təkmilləşdirmək üçün xarici podratçılar axtarır

“Türkmənkimya” Dövlət Konserni Marı şəhərindəki “Maryazot” istehsalat birliyində “AM-600” ammonyak istehsalının yenidən qurulması və təkmilləşdirilməsi üçün beynəlxalq tender elan edib.

Boyukmillet.com xəbər verir ki, tenderdə iştirakın dəyəri ƏDV daxil olmaqla 1 725 ABŞ dollarıdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər tam adı və hüquqi statusu, qeydiyyatdan keçdikləri ölkə və rekvizitləri göstərilməklə yazılı ərizə təqdim etməlidirlər.

Tender sənədləri paketini ƏDV daxil olmaqla 1 725 ABŞ dolları və ya Türkmənistan Mərkəzi Bankının (bu ölkə rezidentləri üçün) məzənnəsi ilə ölkənin milli valyutası ekvivalentində ödəməklə əldə etmək olar.

Tender təkliflərinin təqdim edilməsi üçün son tarix 30 iş günüdür.

Qeyd edək ki, ildə 400 min ton ammonyak və 640 min ton karbamid istehsal gücünə malik və dəyəri 1 milyard ABŞ dolları olan “Maryazot” ammonyak və karbamid zavodu 2014-cü il oktyabrın 17-də istismara verilib. Layihənin inşasını Türkiyənin “Ronesans Turkmen Insaat Sanayi” və “Tijaret Anonim Sirketi” həyata keçirib.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …