Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

TÜRKSOY-un Baş katibi: “Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir”

“Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev tviterdə yazıb.

“Əvvəlcə həmkarlarımızla qan verdik, sonra xeyriyyə işlərinə başladıq. Bu çətin günlər keçəcək, Türkiyəm. Bu gün qanımızı verdik, lazım olsa canımızı verərik. Türk dünyası Türkiyənin yanındadır!”, – o bildirib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 432 nəfər insan həlak olub, 21 103 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …