Cümə , 13 Mart 2026
Drone Cameras

Tviterin səhmləri 9%-dən çox ucuzlaşıb

Tviter şirkətinin səhmləri amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın şirkətin alışı ilə bağlı müqaviləyə xitam verməsindən sonra 3,37 dollar (9,15%) ucuzlaşıb.

Boyukmillet.com xəbər verir ki, bunu Nyu-York Fond Birjasında keçirilən hərracların məlumatları əks etdirir.

Səhmlərin qiyməti 33,48 dollar təşkil edib. Ticarətin açılışında eniş 5%-dən çox olub. Qısa müddət sonra ucuzlaşma 7%-i, daha sonra sonra 9%-i keçib.

Qeyd edək ki, Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Tvitter şirkətinin alışı ilə bağlı müqaviləyə xitam verib. Maskın vəkilləri artıq Tvitter şirkətinin hüquq departamentinə müvafiq bildirişi göndəriblər.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …