Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Üçüncü dalğa gəlir? – Xəbərdarlıq

Əgər Avropa ölkələri indi lazımi infrastrukturu qurmasalar, onda 2021-ci ilin əvvəlində onları COVID-19-un üçüncü dalğası gözləyir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi Devid Nabarronun xəbərdarlıq edib. Onun sözlərinə görə, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”, – Nabarro qeyd edib.

O, həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır. Daha əvvəl təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, oktyabr ayı ərzində koronavirusa yoluxanların sayı pandemiyanın yarım ilinin göstəricilərini ötüb. 

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …