Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Uitkoff: ABŞ İrana mümkün nüvə sazişi çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək

ABŞ Tehrana mümkün nüvə sazişi çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək.

Boyukmillet.com-un xəbərinə görə, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, İranla masa arxasına oturub, hərtərəfli sülh razılaşmasına nail olmağın vaxtı çatıb. Mən tam əminəm ki, biz bunu edəcəyik”, – o deyib.

Eyni zamanda, Uitkoff Vaşinqtonun Tehrana potensial razılaşmanın şərtlərinə əsasən uranı zənginləşdirməyə icazə vermək niyyətində olub-olmaması ilə bağlı suala mənfi cavab verib. “Xeyr. Onların (uranı-red) zənginləşdirməyə ehtiyac yoxdur”, – ABŞ liderinin xüsusi nümayəndəsi bildirib.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …