Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

UKMTO: Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

Tanker Hörmüz boğazında, kiçik sahilyanı Limah şəhərindən (Oman) 13 dəniz mili cənub-şərqdə naməlum mərmi ilə vurulub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

“Tankerin kapitanı cənub marşrutu üzrə dəniz istiqamətində hərəkət edərkən onun naməlum mərmi ilə vurulduğu barədə məlumat verib. Səlahiyyətli orqanlar araşdırma aparır. Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, – məlumatda qeyd olunub.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …