Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”

Rusiya hərbi karvanlarının Belarus ərazisindəki hərəkət marşrutları boyunca hərbi qulluqçuların yanacaq və azuqələrin satılması, habelə onların spirtli içkilərə dəyişdirilməsi faktları var.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub.

“Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində hər gün orta hesabla 50-100 yaralı Sevastopol şəhərinin tibb müəssisələrinə müraciət edir.

İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhalini terror və qorxutmaqda davam edir. Oğurluq, insan və əmlak oğurluğu halları çoxdur”, – Baş Qərargahdan bildirilib.

Məlumata görə, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Nəticədə qarşı tərəfin 8 tankı, 8 zirehli texnikası və 3 avtomobili məhv edilib.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün 1 təyyarə, 12 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …