Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

Ukrayna HHQ rəsmisi Rusiyanın hansı zərbələrinin qarşısını ala bilmədiklərini açıqlayıb

“Düşmən müxtəlif silahlardan istifadə etməklə Ukrayna ərazilərinə zərbələr endirir. O, təxminən 1 aydır ki, idarə olunan 500 kq, 250 kq, 1 ton və 1,5 ton çəkidə olan aviabombalardan istifadə edir”.

“Onlar GPS naviqasiya ilə təchiz olunub. Bu, həmin bombalar vasitəsilə Ukraynanın işğal altındakı ərazilərindən və Rusiya ərazisindən zərbələr endirməyə imkan verir. Buna görə də Ukraynanın hava hücumundan müdafiə sistemləri onları vura bilmir. Bu, Ukraynanın cəbhəyə yaxın bölgələrinə təhdidlər yaradır”, – İqnat deyib.

HHQ komandanlığının sözçüsü qeyd edib ki, Ukraynanın daha uzaq məsafədə olan hədəfləri vura biləcək hava hücumundan müdafiə sistemlərinə, qırıcılara ehtiyacı var:

“Məsələn, hazırda ən real variant “F-16” qırıcılarıdır. Bundan başqa, düşmən “S-300” zenit-raket kompleksləri vasitəsilə də zərbələr endirir. O, bu kompleksdən hava hədəflərini vurmaq üçün deyil, yerüstü hədəflərə zərbə endirmək üçün istifadə edir. Amma sadalanan aviabombalar və raketlər çox vaxt hədəfə dəymir. Nəticədə çox vaxt məktəblərə, bağçalara və yaşayış binalarına ziyan dəyir. Bundan başqa, düşmən bütün cəbhə boyu taktiki aviasiyadan, həmçinin “X-101”, “X-555”, “Caliber” kimi qanadlı raketlərdən istifadə edir. Amma Ukrayna Hərbi Hava Qüvvələri də vəziyyət və hava şəraiti imkan verdikcə düşmənə demək olar ki, hər gün zərbələr endirir. Söhbət hazırda gündəlik 10 zərbədən gedir”.

İqnat əlavə edib ki, Ukrayna qırıcıları radioelektron mübarizə sistemlərinə, hava hücumundan müdafiə sistemlərinə, bombardmançı təyyarələr isə düşmənin mövqelərinə zərbələr endirir:

“Bu məqamda qeyd etmək istərdim ki, düşmən “Shahed” kimi İran istehsalı olan dronlardan istifadə edir. Ötən həftə bu dronlar vasitəsilə hücumların sayı artıb. Məsələn, düşmən ötən gecə Azov dənizinin şərq sahili istiqamətindən Ukrayna ərazisinə zərbə endirilməsi məqsədilə 8 PUA buraxıb. Amma onların hamısı məhv edilib”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …