Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ukrayna lideri: Trampın Rusiya üçün müəyyən etdiyi son tarix sentyabrın 1-i başa çatır

Ukrayna Birləşmiş Ştatlardan Rusiyaya qarşı “güclü addımlar” gözləyir.

Boyukmillet.com “RBK-Ukrayna”ya xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski bildirib.

“Hər birimiz dediyimiz və hazır olduğumuz şeylərə görə məsuliyyət daşımalıyıq… ABŞ-dan Rusiyaya qarşı hansısa güclü addımlar gözləyirik, çünki onlar bizə təklif etdilər və biz razılaşdıq. Rusiya isə hələ razılaşmayıb”, – o qeyd edib.

V.Zelenski əlavə edib ki, sentyabrın 1-i ABŞ Prezidenti Donald Trampın Rusiya üçün ikitərəfli və ya üçtərəfli görüşə razılaşmaq qərarı üçün müəyyən etdiyi “iki-üç həftə” başa çatır.

“İki həftə artıq bazar ertəsi olacaq və biz bunu hamıya xatırladacağıq”, – o vurğulayıb.

V.Zelenskinin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda başa çatacaq: “Müharibə hər halda bitəcək, Putin heç yerə qaça bilməyəcək”.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …