Cümə , 13 Mart 2026
Drone Cameras

Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

Ukrayna hakimiyyəti MDB çərçivəsində növbəti sazişdən çıxmağa qərar verib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk öz “Telegram” kanalında bildirib.

“Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişdən çıxma barədə” qanun layihəsi təsdiqlənib”, – deyə o yazıb.

Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanmışdı.

Onu da bildirək ki, rəsmi Kiyev müntəzəm olaraq Rusiya, Belarus və Suriya ilə, həmçinin MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxdığını bəyan edir.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …