Bazar , 8 Fevral 2026
Drone Cameras

Ukrayna öz vətəndaşları üçün Rusiya ilə sərhəddə keçid məntəqəsi açıb

Ukrayna Rusiya ilə sərhəddə müharibə başlayandan bağlı olan Kolotilovka-Pokrovka sərhəd-keçid məntəqəsini açıb.

Boyukmillet.com xəbər verir ki, bu marşrutla ukraynalılar Sumı vilayətindən keçməklə Ukraynanın nəzarət edilən ərazisinə qayıda biləcəklər.

“Dünəndən etibarən Belqorod və Sumı vilayətlərinin sərhədindəki keçid məntəqəsi yenidən öz işini bərpa edib”, – Reinteqrasiya Nazirliyinin mətbuat xidməti bildirib.

Sərhəddə Ukrayna hakimiyyəti könüllü humanitar mərkəzin işini təşkil edib. Orada bütün ukraynalılar pulsuz psixoloji, hüquqi və humanitar yardım ala bilərlər.

Check Also

ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ …