Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ukrayna Rusiyanın kimyəvi silahdan mümkün istifadəsinin araşdırılması üçün KSQT-yə müraciət edib

Ukrayna Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata (KSQT) Rusiyanın döyüş əməliyyatları zamanı kimyəvi silahdan mümkün istifadəsi faktlarının araşdırılması üçün rəsmi sorğu ilə müraciət edib.

Boyukmillet.com “Al Arabia”ya istinadən xəbər verir ki, müraciətə səbəb Niderland və Almaniya kəşfiyyatının Rusiyanın cəbhə xətti boyunca qadağan olunmuş sursatlardan geniş istifadəsi barədə məlumatları olub.

Niderland Hərbi Kəşfiyyatının məlumatına görə, bəzi ukraynalı hərbçilərin ölümü kimyəvi maddələrin istifadəsi ilə əlaqəli ola bilər. 2500-dən çox yaralı kimyəvi silahın istifadəsinə işarə edə biləcək simptomlar barədə məlumat verib.

Kiyevin sorğusu 41 ölkənin nümayəndələrinin daxil olduğu, qərargahı Haaqada yerləşən KSQT İcraiyyə Şurasının dörd günlük iclasından əvvəl təqdim edilib. Kiyev kimyəvi silahın mümkün istifadəsinə görə sübutların toplanması və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün müstəqil və qərəzsiz mexanizmin yaradılmasında israr edir. Təşkilatdan hələ ki, rəsmi şərh verilməyib.

İttihamlar fonunda Böyük Britaniya iki Rusiya vətəndaşına və bir təşkilata qarşı sanksiyaların tətbiq edilməsini elan edib.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …