Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ukrayna Rusiyaya hücum edərsə, hansı addımlar atılacaq? – Medvedev açıqladı

“Kiyev Rusiya ərazilərinə hücum üçün ABŞ-dan aldığı silahlardan istifadə edərsə, Rusiya Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə zərbə endirəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

“Əgər bu növ silahlardan Rusiya ərazilərinə qarşı istifadə edilərsə, ölkəmizin silahlı qüvvələrinin qərar qəbuletmə mərkəzlərini məğlub etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq”, – Medvedev bildirib.

O, bu hədəfləri sadalayıb: ilk növbədə Ukraynanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin Baş Qərargahı.

“Ancaq başa düşmək lazımdır ki, bu halda yekun qərar qəbuletmə mərkəzləri, təəssüf ki, hətta Kiyevin ərazisində də yerləşmir. Ona görə də bu, təbii ki, nəzərə alınmalı olan təhlükədir”, – Medvedev xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ Kiyevə Rusiya ərazisini vura bilən raketlər verməkdən imtina edib.  

Check Also

NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. …