boyukmillet.com NUHÇIXAN istinadən xəbər verir ki, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski muxtar respublikaya səfəri çərçivəsində səhiyyə, istehsal və mədəniyyət müəssisələri, eyni zamanda tarixi abidələrlə tanış olub.

Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı ukraynalı diplomata mərkəz barədə məlumat verilib, diplomat mərkəzdə yaradılan şəraiti və müalicə imkanlarını yüksək qiymətləndirib.

Sonra səfir Vladislav Kanevski Naxçıvan Avtomobil Zavodunda avtomobillərin istehsal prosesi ilə də maraqlanıb və ona zavod barədə geniş məlumat verilib.

Ukraynalı diplomat həmçinin “Gəmiqaya” Mineral Sular Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” Mineral Sular Zavodunda, Naxçıvan Dövlət Xalça Muzeyində, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub.

Həmçinin qonaq Kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət edib.

Ukraynalı səfirin muxtar respublikaya səfəri davam edir

