Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Erməni mediası Rusiya-Türkiyə yaxınlaşmasını açıq şəkildə Ermənistana zərbə perspektivi kimi dəyərləndirməyə başlayıb

“Ermənilər narahatdırlar ki, Rusiya-Türkiyə yaxınlaşması fonunda Azərbaycan hərbi əməliyyatlara başlayacaq”

Erməni mətbuatının yazdığına görə, regionda vəziyyət sürətlə Ermənistan əleyhinə dəyişməyə başlayır. Bununla bağlı bir sıra arqumentlər irəli sürülüb. Burada, həmçinin, o da qeyd edilir ki, xüsusən də Türkiyə və Rusiya formatında İrəvana təzyiqlər artır. Azərbaycan isə bu münasibətdən istifadə edərək Ermənistanı daha ağır duruma salır.

Erməni mətbuatı son illlər Rusiya-Türkiyə münasibətlərinin əhəmiyyətli dərəcədə yaxınlaşmasından bərk narahatdır. Osakada böyük 20-lərin toplantısında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 78 milyard dollara çatıb. Ərdoğan yaxın illərdə ticarət dövriyyəsinin 100 milyard dollara çatacağını dedi. Reallıq ondan ibarətdir ki, son illər Moskva ilə Ankaranın sürətlə bir-birinə yaxınlaşmasını müşahidə edirik. Nəinki siyasi-iqtisadi, həm də hərbi sahədə yaxınlaşma var. Söhbət S-400 zenit-raket komplekslərinin alınmasından gedir. Ona görə də Ermənistanı yaranmış bu vəziyyət çox narahat edir. Ermənilər görürlər ki, hazırda regionda vəziyyət xeyli dərəcədə dəyişib. Əvvəl Rusiya Ermənistandan bir maşa kimi istifadə edirdisə, indi elə bir situasiya yaranır ki, artıq buna ehtiyac yoxdur.

Bütün bu deyilənlərin fonunda, yaranan vəziyyəti ekspertlər necə dəyərləndirirlər?

  • Ramil Hüseynov: “Bu zaman Moskva Ankara ilə olan yaxın münasibətləri nəzərə alıb araya girməyəcək”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, ermənilərin bu məsələdə narahat olması hardasa gözlənilən idi: “Heç kəsə sirr deyil ki, tarixən ermənilər ruslarla türklər arasında olan ziddiyyətlərdən öz mənafelərinə uyğun istifadə ediblər. Bəzən tarixi şərait elə gətirib ki, Rusiya ermənilərdən türklərə qarşı bir alət kimi istifadə etməkdə maraqlı olub. Ancaq hazırda vəziyyət, bölgədə situasiya dəyişir. Moskva-Ankara yaxınlaşması İrəvanın zərərinə işləyir. Bundan başqa, indiki situasiyada Rusiya-Azərbaycan münasibətləri Moskva ilə İrəvan arasında olan münasibətlərdən daha yaxşıdır. Məlum olduğu kimi, bir il əvvəl Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına uyğun olmadı. Düzdür, Ermənistan iqtisadi baxımdan aşırı dərəcədə Rusiyadan asılı olduğundan, bundan başqa, ölkədə rus hərbi bazaları yerləşdiyi üçün, Paşinyan açıq formada Kremldən imtina edə bilmir. Ancaq reallıq ondan ibarətdir ki, Kreml Paşinyana inanmır. Moskva fərqindədir ki, fürsət yaranan kimi Paşinyan Rusiyadan uzaqlaşmaq xətti tutacaq. Digər tərəfdən, ermənilər narahatdırlar ki, Rusiya-Türkiyə yaxınlaşması fonunda Azərbaycan hərbi əməliyyatlara başlayacaq. Bu zaman Moskva Ankara ilə olan yaxın münasibətləri nəzərə alıb araya girməyəcək. Fikrimcə, ermənilərin əsas narahatlığı bundan qaynaqlanır”.

Vidadi ORDAHALLI

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …