Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ukrayna səfirinin Naxçıvana səfəri davam edir – FOTOLAR

boyukmillet.com NUHÇIXAN istinadən xəbər verir ki, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski  muxtar respublikaya  səfəri çərçivəsində səhiyyə,  istehsal və mədəniyyət müəssisələri, eyni zamanda tarixi abidələrlə tanış olub.

Duzdağ Fizioterapiya Mərkəzi  ilə tanışlıq zamanı ukraynalı diplomata  mərkəz barədə məlumat verilib, diplomat mərkəzdə yaradılan şəraiti və müalicə imkanlarını yüksək qiymətləndirib.

Sonra səfir Vladislav Kanevski Naxçıvan Avtomobil Zavodunda avtomobillərin istehsal prosesi ilə də maraqlanıb və ona zavod barədə geniş məlumat verilib. 

Ukraynalı diplomat həmçinin “Gəmiqaya” Mineral Sular Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” Mineral Sular Zavodunda, Naxçıvan Dövlət Xalça Muzeyində, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olub.

Həmçinin qonaq Kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət edib. 

Ukraynalı səfirin muxtar respublikaya səfəri davam edir

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …