Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ukrayna və Polşa birgə tank mərmiləri istehsal edəcək

Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb.

Onun sözlərinə görə, artıq tərəflər bununla bağlı müvafiq sənədi imzalayıblar.

A.Kamışin bildirib ki, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək.

Bundan əlavə, Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal etməyə başlayıb.

Qeyd edilib ki, sursatın ilk partiyası artıq cəbhəyə göndərilib.

Check Also

ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın …