Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukrayna Xalqları Assambleyasının rəhbəri Avropanı Ukraynanı dəstəkləməyə çağırıb

Ukrayna Xalqları Assambleyasının rəhbəri Flensburqda (Almaniya) keçirilən Avropa Etnik Xalqlar İttifaqının (FUEN) beynəlxalq konfransında iştirak edib.

Boyukmillet.com-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin verdiyi məlumata görə, Avropa Parlamentinin deputatları, Avropa ölkələrinin siyasətçiləri və müxtəlif qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda etnik azlıqların üzləşdiyi problemlərə toxunulub.

Ukrayna Xalqları Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxışında Rusiyanın Ukraynaya təcavüzünə diqqət çəkərək bildirib ki, hazırda Avropa xalqları Rusiyanın silahlı təcavüzündən əziyyət çəkir və təəssüflər olsun ki, Avropa İttifaqı hələ də məsələnin həlli üçün heç bir addım atmır.

Əgər Ukrayna üçün hərbi yardım istəmirsinizsə şəhərləri bombalayan, çoxmillətli ölkəni işğal etməyə çalışan Rusiya tanklarının üzərində Berlin yazısı, nə deməkdir?! Ukrayna təkcə öz gələcəyi üçün deyil, bütün Avropanın gələcəyi üçün mübarizə aparır.

Amma təəssüf ki, Avropa kifayət qədər dəstək vermir. Rusiya bu gün Ukraynanı faşistlərin bombalamadığı şəkildə bombalayır. Biz xahiş etmək istərdik ki, vəziyyətin ciddiliyinin tez bir zamanda fərqinə varılsın. Daha sonra Assambleya rəhbəri öz təkliflərini yazılı şəkildə Avropa Etnik Xalqlar Birliyinə göndərib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …