Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Ukraynada bir gündə Rusiyanın altı qırıcısı və üç helikopteri vurulub

Martın 16-da gün ərzində Ukraynanın hava hücumundan müdafiəsi Rusiya ordusunun ən azı 10 hava hədəfini məhv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Hava Hücumundan Müdafiə Qoşunları Rusiyanın üç “Su-30SM” qırıcısını, bir “Su-34” qırıcı bombardmançısını, bir naməlum tipli təyyarəni, iki helikopteri və bir operativ-taktiki PUA-nı məhv edib.

Bundan əlavə, Quru Qoşunların hava hücumundan müdafiəsi müvafiq olaraq şimal və cənub istiqamətlərində daha bir “Su-34” qırıcı bombardmançı və “Ka-52” helikopterinin vurulduğunu bildirib.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …