Bazar , 23 Fevral 2025
Drone Cameras

Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum olub

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.

Hər üç şəxs yaxın qohumdurlar.

Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib

Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs Azərbaycandan qonaq gəlib və küçədə atışma zamanı güllələnib.

S.Adıgözəlli, həmçinin vurğulayıb ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …