Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri vətənə gətirilib

Ukraynanın Xerson vilayətində rus tankı ilə qətlə yetirilən həmyerlilərimiz Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlunun nəşləri vətənə gətirilib.

Boyukmillet.com xəbər verir ki, onların meyitləri bu gün səhər saat 05:00 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib.

Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi və azyaşlı övladları var.

Ailə üzvlərindən “Report”un yerli bürosuna bildiriblər ki, Ramiz və Orxan təqribən 5 ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş.

Xatırladaq ki, avqustun 13-də gecə saatlarında Rusiya ordusuna məxsus tank azərbaycanlıların idarə etdiyi meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …