Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Ukraynada Ümummilli Lider Heydər Əliyev haqqında kitab nəşr olunub

Ukraynada müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə dair “Millətin atası” (Отец нации) adlı kitab nəşr olunub.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, kitabın müəllifi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Elmlər Akademiyasının akademiki Arif Quliyevdir. Rus dilində dərc edilən kitabda Ulu Öndərin fəaliyyəti geniş təhlil olunub, Heydər Əliyevin dünya siyasətinə verdiyi töhfə, Azərbaycan-Ukrayna münasibətlərinin memarı olması haqqında yazılıb.

Müəllif, həmçinin kitabda Ulu Öndərin layiqli davamçısı kimi gördüyü Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən fəaliyyətinə də geniş yer ayırıb. Kitabda Azərbaycan Prezidentinin dünya liderləri sırasında böyük nüfuza malik olması, dünya siyasətinə, enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr qeyd olunub. Müzəffər Ali Baş Komandan kimi Ermənistan-Azərbaycan münaqişəsinin həllində göstərdiyi şücaəti və praqmatik siyasəti vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …