Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynadakı insanlıq dramı… xalqlara bir dərsdir…

Müharibə ağır sözdür. Onun arxasında faciələr durur. Evlər dağılır, insanlar öldürülür.Nəsillər kəsilir. Tarixi, abidələr, mədəni irs məhv olur. Allahın verdiyi canı  niyə kiminsə ambisiyalarının nəticəsi olaraq silahlı şəxs tərəfindən sonlandırılmalıdır. 
İşğalçılıq siyasəti ilə əsrlərdi xalqlara rahat yaşamaq imkanı verməyən Rusiya 30 ildən çox müddətdir erməni faşizminin arxasında duraraq torpağımızın işğalda qalmasının səbəbkarı oldu. Müxtəlif bəhanələrlə, sülhməramlı adıyla zaman-zaman yüz fənd işlədərək bölgədə bizləri girov saxladı. İndi Ermənistandan yenidən “Artsax” şüarlarının səslənməsi, başlarına yağış damcısı düşsə də bunu Azərbaycana sırımaq istəyinin arxasında elə Rusiyanın məkrli planlarının davamını görmək çətin deyil.Rusiya sülhməramlısı adına, öhdəsinə düşəcək işlərdən başqa hər şeylə məşğuldur.Evlər titkir, rus yazıçı və şairlərinin parkını salır sanki buranın əbədi sakinləri bunlardılar…
 Erməni uşaqlarına hərbi dərslər keçirilir, əyani silahla davranmaq öyrədilir. Bölgədə “əmin-amanlıq” yaratmaq istəyən sülhməramlı nədən azyaşlının əlinə silah verir? Cavab aydındır, azərbaycanlıdan özünü qorumaq istəyirsənsə əlində silah olmalıdır. Amma hələ bu günə qədər düşmənimizə qarşı gənclərimizi zəhərləyib beyinlərini “öldürməyə” köklədiyimiz faktı tapılmaz. Yalnız “torpağını qoru, işğaldan qurtar”dedik.  “Əgər erməni ölmək istəmirsə, torpağımızdan ayağını çəkməlidir” fikrini nankor qonşusu olan hər kəs deyər. Zəif, əsrlərlə yalnız sədəqələr hesabına ayaqda qalan erməni xalqının havadarı Rusiya hər zaman belə toplumdan istifasə edib. Bu gün Ukraynada insanlıq dramı yaşanır. Şəhərlər xarabalığa çevrilib, minlərlə insan öldürülüb. Uşaqlar yetim qalıb, Ukrayna Prezidentinin verdiyi məlumata görə  yetim qalan uşaqlar oğurlanaraq rusiyaya aparılıb… tanış mənzərədir. Qarabağda müharibə başlayanda da eyni situasiya ilə üz-üzə qaldıq.
 Hələ də yüzlərlə insanın taleyi naməlum qalıb. Sıralarında uşaqlar da var. Girov götürülən insanların, uşaqların orqanları satıldı. Ermənixana kimi bir dövlət özü hazırda bir təcrübə emalatxanasıdır. Rusiya bu emalatxanadan məharətlə istifadə edə bilir. Bəli, Rusiya ilə bir Müttəfiqlik anlaşmamız var. Amma bu fakt heç də imkan vermir ki, işğala, insan faciəsinə biganə qalaq. Dünyanın düzənini dəyişmək istəyənlərin, insan faciələrinin üzərində oynayan heç bir dövlətin, onun liderinin  sonu yaxşı olmur. Rus şovinizmi cücərdikcə xalqlara rahatlıq yoxdur. Hələ də az da olsa Rusiyada yaşamaqda olan bir nəsil var ki, bu dövlət hər bir xalqın müqqəddaratını həll edib, ağalıq etməlidir. Bu çox qorxuludur… Amma rusların içində də aydınlar var. Onlar da bu imperiyanın yaxın gələcəkdə süquta uğrayacağına əmindilər. Hələliksə SUSMAYAQ! Ukraynada baş verən insanlıq dramına seyrçi qalmayaq. Birinci Qarabağ savaşında rus-erməni birləşmələrinin tərkibində ukraynadan gətirilmiş snayperçi qadınlar vardı. Onlarla qəhrəmanımız məhz onların əli ilə şəhid oldular. Yaxşı deyiblər, birinə yaşatdığını yaşamayınca ölməzsən. Tarixin bu acı təcrübələri hər bir xalq, insan üçün dərs olmalıdır! Güclü xalq, dövlət, ordu, düşmənə belə qalib gəlmək olar!


Mətanət Əsgərqızı Müstəqil  jurnalist, Əsgər  Ailələrinə Dəstək ictimai birliyinin sədri.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …