Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR

Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki səfirliyinin biabırçı hərəkəti ilə qarşılaşıblar. 

Orada üzləşdikləri vəziyyətdən narazı qalan soydaşlarımız Demokrat.az vasitəsilə bildiriblər ki, ulu öndər Heydər Əliyevin Kiyevdə adını daşıyan park mayın 10-da yüzlərlə ziyarətçinin üzünə qapadılıb. 

Soydaşlarımız sözügedən parkın qapısına qıfıl vurulduğunu bildiriblər.

“Hər il olduğu kimi, bu ildə mayın 10-da Kiyevdəki Azərbaycan səfirliyinin yanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmək istəyirdik, ancaq qarşılaşdığımız mənzərə bizi məyus etdi. Parkın qapısına qıfıl vurublar, heç kəsi ziyarət etməyə içəri buraxmırlar. Azərbaycan səfirliyi də bu parkın qonşuluğunda yerləşir. Biz səfirlik əməkdaşlarından xahiş etsək də, qapını açan olmadı. Orada bizə dedilər ki, səfir Elmira Axundova Ukraynada olmadığı üçün biz parkın qapısını aça bilmərik”, – deyə soydaşlarımız şikayət edib. 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən telefon zənglərimizə cavab verilməyib. 

Demokrat.az ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsinin hələ də bağlı olduğunu əks etdirən fotoları təqdim edir…







Vaqif Hüseynli

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …