Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynadan olan qaçqınlar Avropada üç ilə qədər qala biləcəklər

Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqında yaşamaq və işləmək hüququ əldə edəcəklər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bir həftə əvvəl Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib. Belə ki, onların yarıdan çoxu (454 min nəfər – Red) Polşaya, 116 min nəfəri Macarıstana, 67 min nəfəri Slovakiyaya, 45 min nəfəri Rumıniyaya, 79 min nəfəri isə Aİ-yə daxil olmayan Moldovaya gedib.

Aİ Ukrayna vətəndaşlarına və ölkə sakinlərinə sığınacaq prosedurlarından keçmədən dərhal bir ilədək yaşamaq, işləmək, tibbi xidmət almaq, mənzil almaq və təhsil almaq hüququnu verib.

“Əgər münaqişə uzun müddət davam edərsə və ya qaçqınlar sağ-salamat geri qayıda bilmirsə, bu status daha iki il də uzadıla bilər. Ukrayna vətəndaşları artıq Aİ-yə 90 günlük vizasız giriş imkanına malikdirlər, lakin Aİ qanunvericiliyində bu misli görünməmiş dəyişiklik həmin müddətdən sonra onların statusuna zəmanət verir”.

Vətəndaşlığı və ya daimi yaşamaq hüququ olmayan şəxslər – yəni əcnəbilər, əcnəbi tələbələr Aİ-də qalmaq hüququ əldə etməyəcəklər, lakin onların öz ölkələrinə qayıtmalarına köməklik göstəriləcək.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …