Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynalı ekspert: “Azərbaycanla Ermənistan rəhbərliyinin Aİ vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır”

Praqada Azərbaycanla Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır.

“BMT-yə daxil olan ölkələrin əksəriyyəti bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyinin ərazi bütövlüyü məsələsini tanımasını müsbət məqam kimi qeyd edə bilərik. Ümid edək ki, Ermənistan yaxın keçmişin acı təcrübəsindən dərs götürəcək və sərhədlərin toxunulmazlığı prinspini təkcə de-yuri deyil, həm də de-fakto qəbul edəcək. Erməni xalqı da bunu qəbul etməlidir. Beləliklə, qonşu ölkələr olan Ermənistanla Azərbaycan sülh və razılıq şəraitində yaşamalıdır”.

O vurğulayıb ki, tərəflər yeni səhifə açmalıdır:

“Doğrudur, bu, çox çətin olacaq. Bu məsələdə iki ölkəyə Qərb ölkələrindən olan dostlarımız yardım göstərməlidir. Söhbət ilk növbədə Cənubi Qafqazda sülhün yaranmasında maraqlı olan Aİ və ABŞ rəhbərliyindən gedir”.

Onun sözlərinə görə, uzunmüddətli sülhün bərqərar olması üçün ciddi səylərə və böyük zamana ehtiyac duyulur:

“Əlbəttə, Azərbaycanla Ermənistanın çox sayda düşməninin olduğunu anlayırıq. Şübhəsiz, Rusiya və İran güclü rəqiblərdir. Odur ki, onlar vəziyyətə müdaxilə etməyə, sabitliyi pozmağa çalışacaq. Hər halda, Praqa görüşündə müsbət nəticələr əldə olunub. Ukrayna dövləti və cəmiyyəti bu razılaşmaları alqışlayır. Cənubi Qafqazda sülhün yaranması, bu regionda əsas müttəfiqimiz olan Azərbaycanın sabitliyi və təhlükəsizliyin təmin edilməsi Ukraynanın da maraqlarına cavab verir”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …