Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Ukraynalılar və azərbaycanlılardan ibarət yeni hərəkat yaradılıb – EKSKLÜZİV

Ukraynada ilk dəfə olaraq azərbaycanlı və ukraynalı gənclər birgə hərəkat yaradıblar.

“Report”un Şərqi Avropa Bürosunun əldə etdiyi məlumata görə, Poltava vilayətində yaradılan və əsasən idmançılardan, idmanın müxtəlif sahələrində nəticələr əldə etmiş gənclərdən ibarət “Ukrayna-Azərbaycan Gənclər Hərəkatı”na ilkin mərhələdə sədr azərbaycanlı gənc idmançı Əkbər Hüseynzadə seçilib.

Hərəkat Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

İdmançıların üstünlük təşkil etdiyi, amma digər müxtəlif sahələrdə fəal olan gənclərin də təmsil olunduğu hərəkatda əsasən azərbaycanlılar və ukraynalılar üstünlük təşkil etsə də, Ukraynada yaşayan digər bir sıra azsaylı xalqların gənc nümayəndələri də var.

Ə. Hüseynzadə “Report”a açıqlamasında bildirib ki, başlanğıcda hərəkata Poltava və yaxın digər vilayətlərdən 200-ə qədər gənc qoşulub:

“Amma bizim məqsədimiz bütün Ukraynanı əhatə etməkdir. Təşkilatımıza əsasən idman olmaqla müxtəlif sahələrdə uğurlar əldə edən gənclər qoşulur. Nizamnamədə də göstərildiyi kimi hərəkatın məqsədi Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında gənclərin fəaliyyətini istiqamətləndirməyə dəstək olmaq, yenilənən Ukraynada gənclərin fəaliyyətini mobilləşdirməkdir. Eyni zamanda bu hərəkatda da biz azərbayanlı gənclər tarixi Vətənimiz Azərbaycanı qürurla təmsil etməyə davam edəcəyik. Vətəinimiz Azərbaycanın durmadan güclənməsi, güclü dövlət olması və xüsusilə Ermənistan üzərində 30 illik işğala son qoyması bizi də qürurlandırır. Bir Ukrayna vətəndamı kimi yaşadığıız ölkədə yeniliklər bizi nə qədər stimullaşdırırsa, tarixi Vətənimiz Azərbaycanın qüdrəti, Ukrayna-Azərbaycan dostluğunun möhkəmlənəsi də o qədər stimullaşdırırır”, – deyə, Ə. Hüseynzadə əlavə edib.

Bodibildinq üzrə Ukraynanı beynəlxalq yarışlarda təmsil edərək ali titullara sahib olan Ə. Hüseynzadə ali təhsilli hüquqşünasdır.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …