Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

İtaliya hökumətinin təşkil etdiyi Ukraynanın bərpası ilə bağlı konfransın aprelin 26-da keçirilməsi planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani məlumat verib.

“Bu gün G7-nin xarici işlər nazirləri ilə keçirilən sessiyada hökumətimizin aprelin 26-da İtaliya şirkətlərinin iştirakı ilə Ukraynanın bərpası ilə bağlı konfrans təşkil edəcəyini bildirdim. Ukrayna xalqı üçün sülh və azadlıq öhdəliyimiz dəyişməzdir”, – A.Tayani tviter səhifəsində yazıb.

Qeyd edək ki, İtaliya rəhbərliyinin nümayəndələri belə bir konfrans keçirmək niyyətlərini çoxdan bəyan etmişdilər. Hələlik onun təfərrüatları və iştirakçılar haqqında məlumat verilmir. Məlumdur ki, İtaliya digər şeylərlə yanaşı, Veronada logistika mərkəzi yaratmaqla Ukraynaya Triest və Venesiya limanları vasitəsilə dünya bazarlarına çıxış təklif etmək istəyir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …