Cümə , 27 Mart 2026
Drone Cameras

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki, təşəkkür məktubunda D.Şmıqal Ukraynanın Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.

Ukraynanda mühüm mülki infrastrukturun, xüsusilə də enerji sisteminin yenidən qurulması layihələrində Azərbaycanın iştirakının genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Ukraynanın Baş naziri dost Azərbaycan xalqına sülh və rifah arzulayıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …