Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Ukraynanın Çerniqov şəhərinin atəşə tutulması zamanı 10 nəfər həlak olub

Ukraynanın Çerniqov şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 10 nəfər həlak olub.

Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“2022-ci il martın 14-də işğalçılar Çerniqov şəhərinin yaşayış binalarını və infrastrukturunu növbəti dəfə atəşə tutub. İlkin məlumata görə, atışma nəticəsində 10 nəfər həlak olub”, – xəbərdə deyilir.

Faktla bağlı Çerniqov Vilayət Prokurorluğu tərəfindən qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi), müharibə qanunlarının və qaydalarının pozulması faktı üzrə ibtidai istintaq başlayıb.

Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …