Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ukraynanın Xarkov şəhərində Azərbaycanın Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılır

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə bilbord quraşdırılıb.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordda “Azərbaycanın Qələbə Günü”, “Qarabağ-Azərbaycandır!” şüarları yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycan dövlətinin xəritəsinin şəkli əks olunub.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov AZƏRTAC-a bildirib ki, şəhərin mərkəzi hissələrində daha 3 bilbord yerləşdiriləcək. Bilbordlar bir aya yaxın müddətdə nümayiş olunacaq.

Emil Hüseynli

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …