Bazar , 19 Yanvar 2025
Drone Cameras

Uqandada quraqlıq kütləvi aclığa səbəb olub, 46 nəfər ölüb

Şərqi Afrika ölkəsi Uqandada aylardır davam edən quraqlığın yol açdığı aclıqdan 46 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə parlamentinin Karamoca bölgəsindən deputatı Feyt Nakut mətbuata açıqlamasında söyləyib.

Deputat bölgəsində aylardır davam edən quraqlıq səbəbindən insanların sağ qalmaq üçün ot yediyini bildirib:

“Bölgə sakinlərinin qidalanmağa heç nəyi olmadığına görə aclıqdan ölür. İyulun 8-dək 46 nəfər aclıqdan ölüb, 2 181 ailə isə ölümünü gözləyir”.

F.Nakut səlahiyyətli şəxslərin hökumətin cavabını gözləyərkən maaşlarını ən çox təsirlənən ailələrə yemək almaq üçün də xərclədiyini bildirib.

Eyni zamanda uqandalı siyasətçi ölənlərin sayı artmamış dünyaya yardım üçün müraciət edib.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …