Bazar , 23 Fevral 2025
Drone Cameras

ÜST-dən narahatlıq yaradan bəyanat: Koronavirusun ikinci dalğası gəlir – DAHA ÖLDÜRÜCÜ

Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib.

 Boyukmillet.com xəbər verir ki, H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində bu barədə danışıb. Bildirib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir: “Bu, daha öldürücü ola bilər”.

O, Avropa ölkələrini pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb:“Bu səbəbdən də səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi yardım və reanimasiya bölmələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir. Pandemiya fonunda qrip və qızılca arta bilər”.

ÜST rəsmisi Böyük Britaniya, Fransa və İtaliyada yoluxmanın tədricən azaldığını bildirib: “Lakin pandemiya sona çatmayıb. Avropada COVID-19-un episentri şərq istiqamətində irəliləyir. Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda yoluxma sayı artmaqdadır”.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …