Çərşənbə , 4 Mart 2026
Drone Cameras

ÜST FHN-in bu fəaliyyətini yüksək qiymətləndirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) FHN-in tibb heyətinin Türkiyədə zəlzələ zonasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Boyukmillet.com xəbər verir ki, FHN Tibb Xidmətinin Tibb Mərkəzinin rəis müavini baş leytenant Davud Soltanov və həkim nevropatoloqu tibb xidməti mayoru Lamiyə Köçərli iyunun 15-16-da Türkiyənin İstanbul şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən fevralın 6-da qardaş ölkədə baş vermiş ağır zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak etmiş təcili tibbi yardım qruplarının fəaliyyətinə həsr olunmuş dünya ölkələrinin təcili tibbi yardım qruplarının beynəlxalq seminarında iştirak ediblər.

ABŞ, Almaniya, Yaponiya, Kuba, Malaziya, Qazaxıstan və digər ölkələrin də nümayəndələrinin iştirak etdiyi seminarda zəlzələ zonasında təcili tibbi yardım qruplarının fəaliyyəti, təminatı, göstərdikləri tibbi xidmətin həcmi, Türkiyə Səhiyyə Nazirliyi ilə koordinasiyası və digər məsələlər müzakirə olunub, uğurlu məqamlar və çatışmazlıqlar qeyd olunaraq qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Seminarda Fövqəladə Hallar Nazirliyinin tibb heyətinin və Kahramanmaraş şəhərində qurulmuş iki mobil səhra hospitalının fəaliyyəti yüksək qiymətləndirilərək Ümumdünya Səhiyyə Təşkilatı və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təşəkkür elan edilib.

Tədbirin sonunda FHN-in əməkdaşlarına xatirə plaketi təqdim edilib.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …