Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş bulağın açılışı olub

Cəlilabad şəhərində Vətən müharibəsi şəhidi Maarif Səfərovun doğum günündə əziz xatirəsinə həsr olunmuş bulağın açılış mərasimi olub.

Boyukmillet.com xəbər verir ki, açılış mərasimində rayon rəsmiləri, qazilər, şəhidin yaxınları və rayon sakinləri iştirak edib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin şərəfli həyat yolundan söhbət açılıb.

Tədbirdə şəhidin qəhrəmanlığından və şücaətindən söz açılıb və onun İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirdiyi vurğulanıb.

Xatırladaq ki, Səfərov Maarif Mikayıl oğlu 1997-ci ildə Cəlilabad şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …