Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib.

Boyukmillet.com xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, onlar heç vaxt atalarını görməyəcək: “Bütün şəhid övladları, qazilər bizə əmanətdir”.

Qeyd edək ki, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Check Also

Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur

Sosial xidmətə götürülən şəxslərdən sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələb olunacaq. Boyukmillet.com xəbər …