“Vətən müharibəsindən sonra 3780 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub”.
Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Əlilliyin dəyişdirilməsi ilə bağlı təkrar müraciət mövcuddur. Əlillik təyin olunan şəxslərin səhhətində müəyyən dəyişikliklər olarsa təbii ki, yenidən müraciət edə bilərlər”, – o vurğulayıb.