Çərşənbə , 7 Yanvar 2026
Drone Cameras

Valideynlərini itirmiş uşaqlarla bağlı qanunvericiliyə dəyişiklik

Milli Məclisin plenar iclasında bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

Boyukmillet.com bildirir ki, layihəyə əsasən, qanunvericilikdəki “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” kimi təsbit ediləcək.

Mövcud qanunvericiliyə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.

Lakin Ailə Məcəlləsi, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir anlayışdan istifadə olunur.

Təklif olunan dəyişikliklərə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit ediləcək.

Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Komitə sədrlərinin çıxışından sonra qanun layihəsi səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Check Also

Rənglənib “kənd çolpası” adı ilə satılan toyuqlara vurulan maddələr MƏLUM OLDU: Yan təsirləri açıqlandı

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub. …