Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vanqanın korona lənəti

Bolqar baxıcı dünyanı bürüyən virusu da bilib?

Balkanların Nostradamusu, tarixin ən güclü görücülərindən biri hesab edilən bolqar qadın Vanqanın daha bir kəhanəti gerçəkləşir. Söhbət koronavirus pandemiyasından gedir. Sən demə, illər öncə yaşayan kor Vanqa minlərlə insanın ölümünə səbəb olacaq virusu da görüb.

Belə iddia ilə bolqar idmançı və məşqçi Neşka Stefanova Robeva çıxış edib. 73 yaşlı məqşçi ölümündən öncə baxıcı ilə görüşdüyünü sosial şəbəkədə yazıb. “Vanqanı illər öncə ziyarət edəndə mənə “Neşka, korona hamımızın üzərində olacaq” demişdi. O vaxt nə dediyini anlamamışdım. Çünki korona sözü bolqar dilində qoruma, Rusiyanın ölkə üzərindəki hakimiyyəti mənasına gəlirdi. Mən də onun Rusiyanın ölkəmizi qoruyacağını demək istədiyini düşünmüşdüm. Ancaq indi hər şey daha aydındır”.

Bundan öncədə onun 11 sentyabr hadisələri, 2004-cü ildə minlərlə insanın həyatına son qoyan sunamidən  “brexit”ə qədər bir çox proqnozu reallaşmışdı. Vanqa 23 il öncə 85 yaşında ölsə də, onun proqnozları hələ də çoxları üçün sirli və maraqlı olaraq qalır.

Xatırladaq ki, Vanqanın 2020-ci il ilə bağlı öncəgörmələrində sunamilər, zəlzələr daha çoxdur. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …