Cümə , 27 Mart 2026
Drone Cameras

“Vaqner”lə əməkdaşlığa görə Malinin 3 hərbçisinə sanksiya tətbiq edilib

ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkəti ilə əməkdaşlıq etdiyinə görə Malinin 3 hərbçisinə sanksiya tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Bildirilib ki, bu sanksiya son iki ildə Malidə “Vaqner”in təhlükəsizliyinin təmin edilməsində rol oynamış əsas məmurları ifşa edib: “Bu məmurlar ölkə vətəndaşlarını və dinc sakinləri “Vaqner”in pozucu fəaliyyəti qarşısında müdafiəsiz qoyub”.

Məlumata görə, həmin hərbçilər öz ölkələrinin suveren resurslarını şirkətin Ukraynadakı fəaliyyətinin xeyrinə istismarına zəmin yaradıblar.

Qeyd edək ki, “Vaqner” uzun illərdir Mali, Mərkəzi Afrika Respublikasında qanunsuz silahlı dəstələri və hakimiyyətin antiinsani fəaliyyətini dəstəkləyir.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …