Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Vardanyandan panikada olan ermənilərə MÜRACİƏT – FOTO

Dekabrın 17-də Xankəndidə mitinq keçirəcəyini elan etsə də, buna nail ola bilməyən oyuncaq “dövlət naziri”, saxta “operativ qərargahın rəisi” Ruben Vardanyan “operativ qərargah” üzvlərinin iştirakı ilə geniş müşavirə keçirib.

Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir.

Vardanyan yenə də sərsəm fikirlərini davam etdirib, deyib ki, qaz təchizatını bərpa etdik, amma Laçın yolu hələ də “blokadadadır”.

“Bu o deməkdir ki, biz blokadada qalmaqda davam edirik və bu vəziyyətdə panika olmadan yaşamağı öyrənməliyik. Bunun üçün biz mümkün qədər mütəşəkkil və intizamlı olmalıyıq. Bu fürsətdən sosial konsolidasiya, bir-birinə dəstək üçün istifadə edilməlidir. Bu, həm də sistemli yanaşmaların tətbiqi ilə buraxılmış çatışmazlıqları aradan qaldırmaq üçün hansı imkanlara malik olduğumuzu öyrənmək baxımındam yaxşı fürsətdir”, – Vardanyan bildirib. Bununla da o, Xankəndi və digər ərazilərdə təşvişin hökm sürdüyünü təsdiqləmiş olub.

Qeyd edək ki, artıq bir həftəyə yaxındır Vardanyan erməniləri sakitliyə, onlara ümid verməyə çağırır.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …