Cümə axşamı , 20 Mart 2025
Drone Cameras

Vasif Talıbovun oğlu Gürcüstanda təqdimat keçirdi – FOTOLAR

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbirlər çərçivəsində Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının İvane Cavaxişvilli adına Tbilisi Dövlət Universitetində  təqdimatı keçirilib.

 

Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri  Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edib.

“Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab Təhsil Nazirliyinin qərarı ilə dərslik kimi təsdiq edilib və universitetlərdə istifadə olunur.

Kitab, həmçinin MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.

Qeyd edək ki, Rza Talıbov Baki Dövlət Universitetinin dosenti, siyasi elimlər üzrə fəlsəfə doktoru və Batum Dövlət Universitetinin fəxri doktorudur.




  • (“Qafqazinfo”)

Boyukmillet.com

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir