Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Vaşinqtonda sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

Təyyarədə 60 sərnişin və dörd heyət üzvü, helikopterdə isə üç hərbçinin olduğu bildirilib

Vaşinqton şəhər hava limanı yaxınlığında, Potomak çayı üzərində sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub.

Hadisə ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin yerli vaxtla saat 21:00 radələrində baş verdiyini bildirib.

“American Airlines”in məlumatına görə, təyyarədə 60 sərnişin və dörd heyət üzvü olub.

“Sikorsky H-60 (Blackhawk)” helikopterində isə üç hərbçinin olduğu bildirilir.

Hazırda 19 cəsədin sudan çıxarıldığı bildirilir.

Hələlik sağ qalanlardan heç kimin tapılmadığı deyilir.

Ronald Reyqan Milli Hava Limanından bütün uçuşlar dayandırılıb.

Helikopterlə toqquşan təyyarənin “Bombardier” olduğunu açıqlayan FAA əlavə edib ki, təyyarə Kanzas ştatının Uiçito şəhərindən havaya qalxıb. O, eniş üçün yaxınlaşan zaman “Sikorsky H-60” helikopteri ilə havada toqquşub.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …