Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“VECON CONSULTING” yekun hesabat verdi

Azərbaycanın nüfuzlu qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” şirkəti 2020-ci ilin yekunları ilə bağlı ictimai hesabat təqdim edib.

Boyukmillet.com xəbər verir ki, şirkətin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Orucun adından yayılan hesabatda şirkətin yola saldığımız ildə gördüyü işlərdən, həyata keçirdiyi layihələr və yeniliklərdən bəhs olunur.

Hesabatda qeyd olunur ki, “VECON CONSULTING” 2020-ci ildə müştəri bazasını genişləndirib. Ölkənin nüfuzlu maliyyə təsisatları, aparıcı şirkətləri və dövlət qurumları şirkətlə daimi əsaslarla əməkdaşlığa start verib. Şirkətin peşəkar və obyektiv qiymətləndirmə xidmətləri hər kəs üçün əlçatan olmaqla yanaşı, həm də Avropa protokollarının Azərbaycanda tətbiqi istiqamətində unikal bir platformadır. Bu səbəbdən yol saldığımız ildə də “VECON CONSULTING”in fəaliyyətinə yüksək maraq olub. Təsadüfi deyil ki, şirkətlə əməkdaşlıq edən müəssisələrin əksəriyyəti öz sahələrində lider mövqelərdə qərar tuturlar.

“VECON CONSULTING” 2020-ci ildə Qarabağ Regional Nümayəndəliyini təsis edib. Bununla da şirkətin regional nümayəndəliklərinin sayı 13-ə çatıb. Bu isə qiymətləndirmə sahəsində Azərbaycanda bir ilk sayıla bilər. Digər nümayəndəliklər kimi, Qarabağ Regional Nümayəndəliyi də əlavə zaman və vəsait sərf etmədən müvafiq qiymətləndirmələrin həyata keçirilməsinə zəmin yaradır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin qiymətləndirilməsi, dəyən zərərin müəyyən olunması işinə böyük bir töfhədir.

“VECON CONSULTING”in olaraq riskləri sığortalanması da hesabatda öz əksini tapıb. Belə ki, şirkət əməkdaşlıq etdiyi subyektlərin qarşısında öhdəlik götürür və müştərilər 1 milyon AZN civarında sığorta imtiyazı əldə edirlər. Artıq “Atəşgah Sığorta” şirkəti ilə “VECON CONSULTING” arasında müvafiq müqavilə də imzalanıb. Nəzərə alanda ki, sığortalıların anderraytinqinin həyata keçirilməsi, qiymətləndirmə nəticələrinin yarada biləcəyi risklərin mövcudluğu böyük problemlərə yol aça bilər, bu mənada şirkətin müştərilərə təqdim etdiyi risklərin sığortalanması xidməti mühüm əhəmiyyət kəsb edir.

“VECON CONSULTING” 2020-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və digər əlaqəli qurumlarla kordinasiyalı şəkildə fəaliyyət göstərib. Şirkət adıçəkilən assosiativ qurumlara daxil olan müəssisələrə şəffaf və peşəkar qiymətləndirmə xidməti göstərib. Eyni zamanda birgə layihələr həyata keçirərək, Azərbaycanda qiymətləndirmə sektorunun inkişafına öz töfhəsini verib.

2021-ci ildə fəaliyyətə başlayacaq “VECON DOSTLARI” klubunun yaradılmasında məqsəd şirkətlə əməkdaşlıq edən subyektlərə endirim kartlarının təqdim edilməsi ilə bağlıdır. Qeyd olunur ki, şirkətin daimi və sadiq müştəriləri bu qrupa daxil olaraq endirim kartı əldə edirlər. Kart sahibləri şərti olaraq A qrupuna daxil olur və bu klubda yer alanlar şirkətin müştəri bazasında “yaşıl zolağa” daxil edilirlər. İstər bu gün, istərsə də gələcəkdə həyta keçiriləcək layihə və endirimlər istisnasız olaraq klub üzvlərinə şamil edilir.

“VECON CONSULTING” 44 günlük II Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə dövlət rəhbərinin çağırışlarına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edib. O cümlədən şirkətin əməkdaşları müxtəlif yardım kampaniyalarında təşkilatçı qismində çıxış edib, ərzaq, geyim və digər sovqatları əsgər ailələrinə çatdırıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, ərzaq və müxtəlif tibbi ləvazimatlardan ibarət yardıımı ehtiyacı olan ailələrə payılayıb.

“VECON CONSULTING” şəhid və qazi ailələrinə tam təmənnasız, müharibə iştirakçılarına isə xüsusi güzəştli şərtlərlə xidmət göstərilməsi ilə bağlı qərarından bu günə qədər çoxsaylı soydaşımız yararlanıb. 2020-ci ildə qəbul edilmiş qərarda qeyd olunur ki, konsultasiya xidmətləri bu qəbildən olan soydaşlarımız üçün tam təmənnasız həyata keçiriləcək.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …