Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Venesuela ABŞ-nin hərbi gəmilərini Karib dənizində yerləşdirməsi ilə bağlı BMT-yə müraciət edib

Venesuela ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmilərini Karib dənizinə yerləşdirməsi və Latın Amerikasında sülhə təhlükə ilə bağlı BMT-nin baş katibinə müraciət edib.

Boyukmillet.com-un xəbərinə görə, bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Gil Pinto BMT-nin Venesueladakı rezident əlaqələndiricisi Canluka Rampolla ilə görüşündən sonra özünün teleqram kanalında bildirib.

“Biz BMT-nin baş katibi Antonio Quterreşə sağlam düşüncənin bərpası xahişi ilə müraciət etdik, ABŞ hərbi birləşmələrinin Karib hövzəsində sülh üçün təhlükə yaradan və hətta nüvə silahlarının yerləşdirilməsi ilə bağlı narahatlığımızı bölüşdük”, – nazir bildirib.

Onun sözlərinə görə, BMT koordinatoru ilə görüşdə ABŞ administrasiyasının “2014-cü ildə Latın Amerikası və Karib hövzəsi dövlətləri birliyi tərəfindən sülh zonası elan etdiyi” regionda düşmənçilik hərəkətlərinin genişlənməsi müzakirə olunub.

O, ABŞ-nin narkotik alveri ilə bağlı yalan ittihamlarının Venesuellaya qarşı təcavüz üçün bəhanə kimi xidmət etdiyini vurğulayıb.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …