Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad olunub.

Boyukmillet.com“Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə məlumatı brifinqdə Paşinyan özü açıqlayıb. 

Bildirilib ki, buna səbəb ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana səfəri zamanı Qzoyanın ona Qarabağın tarixi barədə kitab hədiyyə etməsi olub. 

Paşinyan onun bu addımının Ermənistanın xarici siyasətinə zidd olduğunu vurğulayıb: “Ölkənin Baş naziri Qarabağ hərəkatının olmadığını dediyi bir zamanda, xarici qonağa Qarabağ məsələsinə dair kitab hədiyyə etmək nə deməkdir?”

Check Also

Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq. Bu barədə Rusiya …