Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Vens: Tramp seçkilərdə demokratların istənilən namizədinə qalib gələcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kim olmasından asılı olmayaraq qalib gələcək.

Boyukmillet.com xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens “X” səhifəsində bildirib.

“Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kim olacağından asılı olmayaraq bunu edəcəyik”, – Vens qeyd edib.

O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib:

“Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub”.

Check Also

BƏƏ ərazisindən İrana hücumlara icazə vermədiyini bildirib

Regionda mövcud gərginlik dövründə Birləşmiş Ərəb Əmirlikləri İslam Respublikasının dəfələrlə hücumlarına baxmayaraq, öz ərazisindən və …